Xəzər Xəbər

Kamran İmanov: Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir

Cəmiyyət | 10:37 • 29 Oktyabr 2019
Kamran İmanov: Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir

Bu gün maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin, müəllif əsərlərinin özünüküləşdirilməsi faktları qloballaşma prosesini müşayiət edən "zərərsiz plagiat" cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türk xalqına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin və müəllif əsərlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də "mədəniyyətlərarası inteqrasiya prosesi"nin təzahürü deyildir. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi-mədəniyyət irsini özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun "ən qədim köklü sakinləri" olmasına, "böyük hay mədəniyyəti", "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsinə dair saxta "faktoloji materiallar" toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir.


Bu fikri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 29-da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə keçirilən "Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq regional seminarda söyləyib. K.İmanov qeyd edib ki, bu tendensiya çox xatalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün bəlalı və problemlər yaradan bir fəsaddır. Odur ki, "Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi" və onun müasir residivlərinə sipər çəkilməlidir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu faktların ifşasında gücünü əsirgəməyəcək. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti