Xəzər Xəbər

Sahil Babayev: "Azərbaycanda əmək müqavilələrinin sayı 16,5 faiz artıb"

Cəmiyyət | 11:10 • 14 Oktyabr 2019
Sahil Babayev: "Azərbaycanda əmək müqavilələrinin sayı 16,5 faiz artıb"

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər barədə məlumat verib.

Nazir bildirib ki, 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5% artıb: "Bu sektorda əmək haqqı fondu isə 33,4% artıb".

Xəbər lenti

Çox oxunanlar