Xəzər Xəbər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2379 müraciət daxil olub

Cəmiyyət | 15:22 • 5 Oktyabr 2019
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2379 müraciət daxil olub

Cari ilin doqquz ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 2379 müraciət daxil olub. Onların 1021-i ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 1358-i isə telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.


Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərin 695-i müayinə, müalicə və cərrahi əməliyyat, 316-sı əlillik məsələləri, 260-ı icbari tibbi sığortanın tətbiqi və sığorta haqları, 216-sı işə qəbul və əmək münasibətləri, 172-si ambulator dərman təminatı, 149-u göndərişlərin verilməsi, 123-ü tibbi xidmətlərlə bağlı ödənişlər və 448-i digər mövzular ilə bağlı olub.


Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.


Qəbul qrafikinə uyğun olaraq doqquz ay ərzində agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 193 vətəndaş qəbul edilib. Onlardan 45-i pilot layihənin həyata keçirildiyi ərazilərdə agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlərlə bağlı müraciət ediblər.


Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti