Xəzər Xəbər

Yeməyi yüksək temperatorda bişirdikdə nə baş verir? Mütəxəssis qorxunc FAKTI AÇIQLADI

Cəmiyyət | 09:45 • 28 Sentyabr 2019
Yeməyi yüksək temperatorda bişirdikdə nə baş verir?

Yağı yüksək temperaturda bişirmək sağlamlığımız üçün zərərlidir. Çünki yağlar yüksək temperatura məruz qaldıqda trans yağa çevrilir.

Türkiyə mətbuatı xəbər verir ki, ərzaq texnologiyası mütəxəssisi Sibel Bölek ürək xəstəliklərinə səbəb olan trans yağların eyni zamanda müxtəlif ciddi problemlərə də yol aça biləcəyini söyləyib.

Trans yağların xərçəngə səbəb olduğunu, doğuşun vaxtından əvvəl gerçəkləşməsini, ana südünün keyfiyyətini dəyişdiyini, immuniteti zəiflətdiyini, Alzaymer riskini artırdığını deyən Bölek həmçinin trans yağların bel və qarın ətrafında yağlanmaya da səbəb olduğunu bildirib:

"Alıcılar tərkibində trans yağlar olan məhsullardan istifadə etmir, ancaq unudur ki, yağları yüksək temperaturda bişirmək zərərlidir. Bu məsələdə çoxları lazımi həssaslığı göstərmir. Xüsusilə soğanı uzun müddət yüksək temperaturda qovurmaq əhəmiyyətli dərəcədə trans yağ yaradır. Bu vəziyyətin qarşısını almaq üçün soğanı uzun müddət yağda qovurmayın. Soğanı yumşaltmaq üçün qovurarkən tavaya su tökə bilərsiniz”.

Ekspert qeyd edib ki, kartof qızartması yüksək temperaturda hazırlandığı üçün trans yağlar baxımdan zəngindir. Bu, fakt araşdırmalarda da sübut olunub:

"Bütün yağlar yüksək temperatura məruz qaldıqda bir çox ürək xəstəliklərinə yol açan trans yağlara çevrilir. Qovrulmuş qoz fındıq kimi çərəzlərdə də trans yağlar var. Onlar yüksək temperaturda qızardıldıqda tərkibindəki faydalı yağlar trans yağlara çevrilir. Odur ki, mümkün qədər qızardılmış əvəzinə çiy çərəzlərə üstünlük verin”./publika.az

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti