Xəzər Xəbər

Dövlət Komitəsi məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin artırılacağı barədə xəbərlərə münasibət bildirib

Cəmiyyət | 15:38 • 11 Sentyabr 2019
Dövlət Komitəsi məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin artırılacağı barədə xəbərlərə münasibət bildirib

Bəzi kütləvi informasiya vasitələrində məcburi köçkünlərə dövlət büdcəsindən ödənilən vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağı haqqında məlumat yayılıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla əlaqədar olaraq bildirir ki, ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin maddi rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir.

Dövlətimizin başçısı məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” 26 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Həmin vaxtdan etibarən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin edilməyən sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər 33 manat, bu kateqoriyaya aid edilməyən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə 60 manat məbləğində vahid aylıq müavinət alırlar.

Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət 1 yanvar 2017-ci ildən tətbiq olunur.

Hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vahid aylıq müavinətin məbləğinin yenidən artırılacağına dair məlumat yoxdur.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti