Xəzər Xəbər

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi edənlərin sayı 3 minə çatır

Cəmiyyət | 15:36 • 2 Sentyabr 2019
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi edənlərin sayı 3 minə çatır

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır.

Xezerxeber.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, sentyabrın 2-si saat 14:55-ə olan göstəricilərə görə, 2918 nəfər (Azərbaycan bölməsi – 2898, rus bölməsi – 20) ixtisas seçimi ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xəbər lenti