Xəzər Xəbər

Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ Uşaqları qoruyun!

Cəmiyyət | 15:33 • 30 Avqust 2019
Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı düynada qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edib.

XəzərXəbər xəbər verir ki, xəstəlik əsasən Avropada yayılıb. Bundan başqa, Ukrayna, Rusiya, Albaniya, Çexiya, Yunanıstan, Türkiyə və digər dövlətlərdə daha çox yayılıb.

Ümumilikdə 6 ay ərzində 100 mindən çox qızılca xəstəsi qeydə alınıb. Bu virusa Azərbaycanda da rast gəlinir. Xəstəlik əsasən uşaqlar arasında yayılıb.

Oksford Universitetinin pediatrı Andrey Pollard qızılca xəstəliyilə bağlı bildirib ki, bu virus artıq təhlükə vəziyyətindədir.

Avstriya və İsveçrədə də bu virus yayılmağa başlayıb. Belçika və Qazaxıstanda da qızılca xəstəliyinə təsadüf edilib.

Nəzərə alsaq ki, Azərbaycanla qonşu ölkələrdə bu virus yayıldığı üçün ölkəmiz üçün də təhlükə mövcuddur.

Hazırda Azərbaycanda vəziyyət nə yerdədir?

Suala cavab tapmaq üçün Azərbaycanın baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevlə əlaqə saxladıq.

Baş pediatr BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda qızılca epidemiyası mövcud deyil.

"Azərbaycana ötən ilin noyabr ayından gətirilmə xəstəliklər var. Bir çox xəstəliklərlə yanaşı qızılca da Ukrayna və Rusiyadan gətirilə bilər. Lakin hazırda Azərbaycanda epidemiya yayılmayıb.

Qızılcanın qarşısını almaq üçün bütün vasitələrimiz mövcuddur”, - deyə Nəsib Quliyev bildirib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti