Xəzər Xəbər

Neyrocərrah: Suya tullanma zamanı travma alanların sayı artıb

Cəmiyyət | 13:12 • 20 İyul 2019
Neyrocərrah: Suya tullanma zamanı travma alanların sayı artıb

Hər il yay aylarında çimərlik mövsümü ilə əlaqədar boyun travmaları artır. Səbəb də insanları suya - çaya, dənizə, hovuza və s. başı üzərindən tullanmasıdır.


AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərov deyib.


Neyrocərrahın sözlərinə görə, yay mövsümündə məhz bu səbəbdən yaranan travmalarla həkimə müraciət edənlərin sayı çoxalır: "Bir neçə gün əvvəl bu səbəbdən travma alan növbəti xəstəni əməliyyat etdik. Onurğa beyni tam zədələnmədiyindən və erkən dövrdə əməliyyat olunduğundan xəstə normal həyatına dönə bildi. Təəssüf ki, heç də həmişə belə nəticə əldə etmək mümkün olmur. Ani əyləncə naminə ağır boyun travması alanlar da olur. Nəticədə insan ömürlük yataqda qala və ya həyatını əlil arabasında davam etdirməyə məcbur ola bilər. Bu cür tullanış peşəkar olmayanlar üçün yolverilməzdir”.


C.İskəndərov hər kəsi diqqətli olmağa və bu cür əyləncələrdən uzaq durmağa çağırıb.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti