Xəzər Xəbər

Azərbaycanda 17 yaşlı oğlanda aşkarlanan 18 sm uzunluğunda quyruq əməliyyatla götürülüb

Cəmiyyət | 11:27 • 21 May 2019
Azərbaycanda 17 yaşlı oğlanda aşkarlanan 18 sm uzunluğunda quyruq əməliyyatla götürülüb

Azərbaycanda qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub. Bakıdakı xəstəxanalardan birində 17 yaşlı oğlanda aşkarlanan 18 santimetr uzunluğunda quyruq əməliyyatla götürülüb.


e-tibb.az-ın xəbərinə görə, bu barədə əməliyyatı icra edən həkim-cərrah İsmayıl Əsgərov məlumat açıqlayıb. Cərrah deyib ki, 17 yaşlı oğlan bel-oma nahiyəsində doğuşdan bu günə qədər mövcud olan quyruq kimi çıxıntı şikayəti ilə xəstəxanaya müraciət edib: "Oturarkən çətinlik çəkirdi və bir qədər ağrı, narahatlıq verirdi. Həmçinin gündəlik geyimlərlə bağlı çətinlikləri vardı”.


Həkim bildirib ki, bu vəziyyətə yeni doğanlarda rast gəlinə bilər, amma 17 yaşda 18 santimetr uzunluqda quyruğun olması çox gecikmiş haldır: "Xəstə və ailəsi inanc, sosial qınaq və utanc səbəbindən həkimlərə müraciət etməyib. Valideynlər bu quyruğun Hindli meymun tanrısı "Hanuman"dan bir hədiyyə olduğuna inanıblar. Xəstə ümumi anesteziya altında əməliyyat edildi. Əməliyyat öncəki müayinə ilə quyruğun onurğa sütunu, sinirlərlə əlaqəsinin olmadığı aşkarlandı”.


Mütəxəssis onu da qeyd edib ki, bu kimi hallarla bağlı həkimə vaxtında müraciət olunmalıdır: "Əsas diqqətimizi çəkən məqam isə ölkəmizdə tez-tez sosial ləkə, cəhalət, savadsızlıq ucbatından vaxtında müalicə oluna bilən xəstəliklərə görə gecikmiş müraciətlərdir. Təəssüf ki, uşağının şəkər xəstəsi olduğunu kimsə bilməsin deyə qohum-qonşu yanında uşaqlara şirniyyat verən valideynlərlə də rastlaşırıq”.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti