Xəzər Xəbər

Adi qəhvə uzunömürlülüyün təminatıdır

Cəmiyyət | 14:19 • 16 May 2019
Adi qəhvə uzunömürlülüyün təminatıdır

Əgər insan gündə iki fincan qəhvə içirsə, o, bununla ömrünü iki il uzada bilər. Mütəxəssislər daha əvvəl dərc edilmiş 40 tədqiqatın təhlilini apararaq bu qənaətə gəliblər. Həmin tədqiqatlar, bütövlükdə 3852651 insanı əhatə edir.


AZƏRTAC bu barədə "MedDaily”ə istinadla xəbər verir.


Məlum olub ki, qəhvənin qəbulu yaşından, çəkisindən, spirtli içki və tütün qəbulundan, həmçinin qəhvənin tərkibindəki kofeinin miqdarından asılı olmayaraq, hər hansı səbəbdən baş verən ölüm riskini aşağı salır. Qəhvə xərçəng, ürək-damar və tənəffüs yolları xəstəliklərinin, diabetin inkişafını ləngidir və ölüm riskini azaldır. Qəhvə içməyin üstünlükləri damar və həzm sistemi xəstəliklərində xüsusilə özünü göstərir.


İsveçli mütəxəssislərin tədqiqatları göstərib ki, kofeinə həssas olan hüceyrələr qanda şəkərin miqdarına nəzarət etməyə imkan verir. Alimlər böyrəklərin hüceyrələrini yenidən proqramlaşdırmağa nail olublar. Beləliklə onlar kofeinin qəbulu nəticəsində insulin əmələ gətirən hüceyrələr əldə ediblər. Praktikada kofeinin tətbiq edilməsi diabet modeli olan gəmiricilərin qanında şəkərin miqdarına daha effektli nəzarəti həyata keçirməyə imkan yaradırdı.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti