Xəzər Xəbər

Brokonyerliklə məşğul olan 202 nəfər məsuliyyətə cəlb olunub

Cəmiyyət | 15:27 • 14 May 2019
Brokonyerliklə məşğul olan 202 nəfər məsuliyyətə cəlb olunub

Ötən il və bu ilin ilk dörd ayı ərzində brokonyerliyə qarşı mübarizə çərçivəsində cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis Idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində 2018-ci il və 2019-cu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 131 izibati xəta faktı aşkar edilmişdir.

E.Süleymanov əlavə edib ki, cinayət və inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunan 202 nəfərdən qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq, 2 min 662 ədəd krivet və digər su bioresursları götürülüb.

Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulmuş, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. 2019-cu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2qanunsuz ov etmə cinayət kaftları aşkar edilmiş, bu sahədə 48 inzibati xəta faktı aşkar edilib. (Trend)

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti