Xəzər Xəbər

Erkən ölümün başlıca səbəbi açıqlandı

Cəmiyyət | 16:43 • 7 May 2019
Erkən ölümün başlıca səbəbi açıqlandı

Təkcə Birləşmiş Ştatlarda milyonlarla insan artıq çəki və diabetlə əlaqəli ürək çatışmazlığından əziyyət çəkir.Belə bir nəticəyə ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri gəlib.

Alimlər sadalananların ömrün qısalmasına təsir göstərdiyini və insanların ən çox məhz ürək xəstəlikləri ilə əlaqədar xəstəxanalara düşdüyünü bildirir.

Bu barədə məlumat "EurekAlert!” nəşrində dərc olunub.

Tədqiqatçılar1999-2017-ci illər ərzində 48 milyon insanın ölüm səbəblərini araşdırmış Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarını təhlil edib.Onlar 35-84 yaşarasında olan insanlarda ürək çatışmazlığı ilə bağlı ölüm əmsalını yaş əsasında müəyyənləşdirib.

Məlum olub ki, son illər ürək əzələləri qüsurlarının müalicəsində böyük nailiyyətlərin olmasına baxmayaraq, 2012-ci ildən bəri ürək problemlərindən ölənlərin sayı getdikcə artır.

Hesablamalara görə, altı milyon insan ürək əzələlərinin disfunksiyasından əziyyət çəkir.

Alimlər bunun qarşısını almaq üçün əsas diqqəti yüksək qan təzyiqi, yüksək xolesterin miqdarı və diabet kimi risk faktorlarına yönəltməyi məsləhət görür.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024

Xəbər lenti