Xəzər Xəbər

İşçilərin hüquqlarının qorunmasına dair nəzarət sistemi yaradılır

Cəmiyyət | 11:14 • 26 Aprel 2019
İşçilərin hüquqlarının qorunmasına dair nəzarət sistemi yaradılır

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin hüquqlarının təminatı üçün operativ nəzarət sistemi yaradılır. 


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") nümayəndələri ilə görüşü zamanı deyib.


Onun sözlərinə görə, yeni qurulan "Məşğulluq" altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunmasına imkan verəcək. Nazir bildirib ki, bu altsistem, eyni zamanda, işəgötürənlərin, o cümlədən "AmCham Azərbaycan"da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsi mexanizminin təkmilləşməsinə şərait yaradacaq.


Nazirliyin "AmCham Azərbaycan"la fəal əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdıran S.Babayev qeyd edib ki, Palatanın biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən ibarət "Ağ sənəd" layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlı təklif və tövsiyələr də yer alır.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024

Xəbər lenti