Xəzər Xəbər

Pensiya sistemində aparılacaq islahatlarla bağlı 5 illik plan hazırlanır

Cəmiyyət | 12:03 • 24 Aprel 2019
Pensiya sistemində aparılacaq islahatlarla bağlı 5 illik plan hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, seminarda "PricewaterhouseCoopers” (PwC) şirkətinin Hollandiyadan dəvət edilmiş konsultantları da iştirak edir.


Seminarın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ölkədə sosial sahə ilə bağlı islahatlar proqramı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Nazir müavini ötən dövrdə sosial təminat sisteminin gücləndirilməsi və həmçinin əhatə dairəsinin genişləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmin sistemin əsas komponentlərindən olan və respublika əhalisinin 13%-lik bir hissəsini, yəni 1,3 mln. vətəndaşı əhatə edən pensiya təminatında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıqları əsasında aparılan islahatlar bir tərəfdən pensiya məbləğlərinin getdikcə artmasına, digər tərəfdən, bu sahədə idarəçilik və xidmətlərin innovativ əsasda qurulmasına imkan verib.


A. Kərimov cari ilin əvvəlindən ölkədə avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlandığını və bu formada proaktiv xidmətlərin sosial təminat sisteminin digər sahələri üzrə genişləndirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini pensiya sistemində aparılacaq islahatlar, atılacaq addımlarla bağlı növbəti 5 illik dövr üçün planın da hazırlanmaqda olduğunu, bu sahədə beynəlxalq ekspertlərin də təklif və tövsiyələrinə önəm verildiyini qeyd edib.


O, eyni zamanda, PwC şirkətinin ekspertləri ilə bu mövzuda məsləhətləşmələrin əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Seminarın gündəliyinə Azərbaycanda mövcud pensiya sisteminin və ötən dövrdə aparılan pensiya islahatlarının, pensiya sisteminin gələcək inkişafı məsələlərinin müzakirəsi, hazırlanan yeni 5 illik planın əsas prioritetlərinin müəyyən olunması ilə bağlı məsləhətləşmələrin aparılması daxildir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti