Xəzər Xəbər

BNA: Qara Qarayev prospektində yol hərəkətində tətbiq edilən məhdudiyyət davam edir

Cəmiyyət | 18:42 • 26 Mart 2019
BNA: Qara Qarayev prospektində yol hərəkətində tətbiq edilən məhdudiyyət davam edir

Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir.

BNA-dan verilən məlumata əsasən, Agentlik tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.

Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edir.

Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti