Xəzər Xəbər

YENİLİK: Bu yolda sola və geriyə dönmə təşkil edildi

Cəmiyyət | 13:12 • 20 Mart 2019
YENİLİK:
Bakının Nobel prospektinin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və yaxud geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.


Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərXəbər-ə verilən məlumata görə, svetoforla nizamlanan geriyə dönmə yerlərinin ətrafında piyada keçidləri də təşkil edilib. Artıq prospektin qeyd edilən hissələrində piyadalar rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçə bilərlər. Hərəkətin tənzimlənməsi üçün geriyə dönmə yerlərinin ətrafında müvafiq yol nişanları qoyulub və nişanlanma işləri aparılıb.

Qeyd edilən tədbirlər mütəxəsisslərimiz tərəfindən Nobel prospekti "Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihəyəsi çərçivəsində həyata keçirilib. Belə ki, artıq "Nargilə dairəsi"nə avtomobillərin girişi azalacaq.

Layihənin icrası "Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024

Xəbər lenti