Xəzər Xəbər

Mingəçevirdə binadan yıxılan 18 yaşlı qızı Bakıya gətirdilər

Cəmiyyət | 14:26 • 12 Mart 2019
Mingəçevirdə binadan yıxılan 18 yaşlı qızı Bakıya gətirdilər

Mingəçevirdə beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalan qızı Bakıya gətiriblər.

Bu barədə Trend-ə qızın yaxınları bildiriblər. Belə ki, ötən gecə xüsusi Təcili Tibbi Yardım maşını ilə Bakıya yola salınan 18 yaşlı Adıgözəlova Səbinə Firdovsi qızı saat 21:30-da 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, onun xəsarətləri açıq kəllə-beyin travmasıdır, vəziyyəti isə ağır olaraq qalır.

Xatırladaq ki, Mingəçevir rayonu, Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Səbinə Adıgözəlova yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalmışdı. Gənc qızın yaxın vaxtlarda toyu olacaqdı.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024

Xəbər lenti