Xəzər Xəbər

MÜTLƏQ OXUYUN: İnfarkt riskini artıran SƏBƏBLƏR

Cəmiyyət | 15:52 • 5 Mart 2019
MÜTLƏQ OXUYUN:

Tütün məhsullarından istifadə etmənin, piylənmənin və idmanla məşğul olmamanın infarkt keçirmə riskini artırdığını bir çoxumuz bilirik.

Amma heç eşitmədiyiniz və bilmədiyiniz başqa faktorlar da var. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ürək-damar xəstəlikləri dünya miqyasında ən başlıca ölüm səbəblərindən biridir.

Gülməli səslənsə də ürək-damar xəstəlikləri riskini artıran səbəblərdən biri iş yerində müdirinizdən nifrət etməkdir. İsveçdə hər 10 ildə bir edilən araşdırmaya görə, iş yerində rəhbərliklə münasibətlərin pis olması insanların 40 faizində infarkt riskini artırır. Amerikanın Orlando şəhərindəki Ürək Sağlamlığı İnstitundan kardeoloq Vijay Kumar "Ürək xəstəlikləri iş yerlərindəki stres səviyyəsi ilə arta bilər” deyə bildirib. Qeyri-sağlam qidalanma və yuxusuzluq kimi risk faktorları ilə bir araya gəldikdə ürək-damar narahatlığı riski daha da artır.

Bir araşdırmaya görə, daha az sosial münasibəti olan insanların ürək xəstəliyi yaşama riski 29 faiz, infarkt keçirmə riski isə 32 faiz artır. Bunun səbəblərindən birinin yalnızlığın stresli ola bilməsi və yalnız insanların ətrafında hislərini tənzimləyən heç kimin olmamasının ola biləcəyi bildirilir.

Oksford Universitetində 2014-cü ildə edilən araşdırmada 700 mindən çox qadın səkkiz il müddətincə izlənilib. Həyat yoldaşı olan qadınların yalnız yaşayan qadınlara nisbətən infarktdan ölmə riskinin 28 faiz daha az olduğu müşahidə olunub.

Amerikan Ürək Təşkilatı ölkədəki ürək xəstələrinin 33 faizində depressiya ola biləcəyini bildirib. Mütəxəssislər psixoloji problemləri olan insanların sağlam qərarlar verməkdə çətinlik çəkdiyini də bildirib./metbuat.az

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti