Xəzər Xəbər

Azərbaycanda facebook istifadəçilərin aktivliyi azalıb

Cəmiyyət | 11:46 • 2 Mart 2019
Azərbaycanda facebook istifadəçilərin aktivliyi azalıb

2019-ci ilin fevral ayında, Azərbaycanda facebook istifadəçilərinin fəallığı, yanvar ayı ilə müqayisədə 7,5 faiz azalıb.


Bu barədə Global Stats statistik mərkəzi xəbər verir. Qeyd olunub ki, martın 1-nə olan məlumata görə, facebook-un Azərbaycanın sosial media bazarında payı 36,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,4 faiz çoxdur. Populyarlığına görə facebook ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə Twitter qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 82,2 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin martın 1-nə olan tarixə 21,7 faiz təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 3 dəfə çoxdur.


Bu ilin fevral ayı ərzində ölkə üzrə Youtube şəbəkəsinin istifadəçilərinin fəallığı 9 faiz azalıb. Martın 1-nə olan məlumata əsasən, Youtube sosial media bazarında 16,7 faiz bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 50 faiz azdır.


Digər sosial şəbəkələrin pay bölgüsü aşağıdakı kimidir: Pinterest– 16,2 faiz, Instagram – 5,75 faiz, "VKontakte” – 1,27 faiz, Google+ - 0,48 faiz və s. (ONA)

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti