Xəzər Xəbər

Bakıda qayda pozuntusu törədən sürücülər saxlanılıb - FOTO

Cəmiyyət | 14:13 • 18 Fevral 2019
Bakıda qayda pozuntusu törədən sürücülər saxlanılıb -

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.

DİN Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, tədbir zamanı sərxoş, yol polisinə tabe olmayan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərə rast gəlinib.

Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, daş parçaları və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsinə nail olurlar. Tədbir zamanı bu üsulla, yəni avtomobilin yük yerinə daş parçaları yığaraq nəqliyyat vasitəsinin görünüşünü dəyişən sürücülər də aşkar edilib. Nəsimi rayonunda saxlanılan "VAZ 2107” markalı avtomobilin yük yeri yoxlanılan zaman oradan iri daş parçaları aşkar olunub.

Profilaktik tədbir zamanı daha bir sürücü avtomobili sürətlə, digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradaraq idarə etdiyi üçün Yasamal rayonu ərazisində saxlanılıb. "Kia” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarının pozduğu üçün onun barəsində inzibati protokol tərtib edilib.

Tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edən sürücülər də müəyyən edilib. Həmin sürücülər inzibati qaydada cərimə edilib və nəqliyyat vasitələri cərimə dayanacağına yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti