Xəzər Xəbər

661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Cəmiyyət | 10:13 • 31 Yanvar 2019
661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında şəhid hərbi qulluqçulardan daha 661 nəfərinin 954 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, qəbul olunmuş qərar əsasında onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Birdəfəlik ödəmə - 11 min manat vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada sms-bildiriş göndəriləcək.

Bununla da indiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib.

Xatırladaq ki, dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti