Xəzər Xəbər

Hemodializ xəstələrinin yaşam müddəti artıb

Cəmiyyət | 12:18 • 17 Yanvar 2019
Hemodializ xəstələrinin yaşam müddəti artıb

2006-cı ildə 3 hemodializ mərkəzində 241 xəstə müalicə alırdısa, indi ölkəmizin 43 hemodializ mərkəzində 3600 böyrək xəstəsi dövlət hesabına müalicə olunur. Hazırda hemodializ müalicəsi alan ən kiçik xəstənin 6, ən böyüyünün 87 yaşı var.


Bu sözləri akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri, tibb elmləri namizədi Fariz Babayev deyib.


Nefroloqun verdiyi məlumata görə, xroniki formada tədricən böyrəklərin funksiyasını itirməsi nəticəsində baş verən patoloji hal olan xəstəliyin ilkin mərhələlərində dərman vasitələri ilə müalicə mümkün olsa da, dördüncü və beşinci mərhələdə hemodializ müalicəsinə ehtiyac yaranır. Şöbə müdiri deyib: "İnkişaf etmiş Avropa ölkələrində hər milyon nəfərə düşən hemodializ xəstələrinin sayı 800-900, Yaponiyada 1100-1800 nəfər civarındadır. Bu, həmin ölkələrdə xəstəliyin daha erkən mərhələdə aşkarlanması ilə əlaqədardır. 2003-2004-cü ildə ölkəmizdə hər milyon nəfərə 170 hemodializ xəstəsi düşürdüsə, indi həmin rəqəm 500-ə çatıb. Xəstəliyin vaxtında aşkarlanması nəticəsində Azərbaycanda hər milyon nəfər əhaliyə 450-520 nəfər böyrək çatışmazlığı olan xəstə düşür.


Aparılan statistikaya görə, dünya üzrə hər il xəstələrin ümumi sayında 20-23 faiz artım müşahidə olunur, ölüm faizi 18-19 faiz təşkil edir. Son on ildə ölkəmizdə hemodializ xəstələrinin yaşam müddəti artıb”. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti