Xəzər Xəbər

Alimlər xərçəngə qarşı yeni mübarizə üsulu tapıblar

Cəmiyyət | 09:18 • 16 Yanvar 2019
Alimlər xərçəngə qarşı yeni mübarizə üsulu tapıblar

İsveçrəli alimlər xərçəng xəstəliyi ilə mübarizədə yeni üsulu uğurla sınaqdan keçiriblər.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bazel Universitetində siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində alimlər xərçəng hüceyrələrinin piy hüceyrələrinə çevrilməsinə nail olublar. Bu üsul sayəsində şişlərin metastazlar yaratmasının qarşısı alınıb.


Tədqiqatçı qrupun rəhbəri Qerhard Xristofori əldə olunan nəticələri izah edərkən bildirib ki, bu uğurda yeni hazırlanmış təsir maddələrinin kombinasiyası mühüm rol oynayır. Eyni zamanda, xərçəng hüceyrələrinin yüksək plastik təbiətə malik olması və öz bioloji xarakterini dəyişə bilməsi alimlər üçün mühüm faktorlar olub. Alim qeyd edib ki, qan dövranında hərəkət edən və dəyişkən xassəyə malik xərçəng hüceyrələri sürətlə yayıla bildiyi kimi, digər hüceyrələrə çevrilmə xassəsinə də malikdir. Məhz bu xassəni nəzərə alan alimlər bədxassəli xərçəng hüceyrələrini "yenidən proqramlaşdırmağa” və onların təhlükəsiz piy hüceyrələrinə çevrilməsinə nail olublar. Xərçəng hüceyrələri piy hüceyrələrinə çevrildikdən sonra yayılma dayanıb və hərəkətsiz hala gələn yeni hüceyrələr orqanizm üçün heç bir təhlükə yaratmayıb.


Rosiqlitazon və trametinib adlı iki maddənin kombinasiyasından ibarət preparat siçanlar üzərində uğurla sınaqdan keçirilsə də, onun uzun müddət tədqiqat yolu keçməsi lazım gələcək. Alimlər bildiriblər ki, yeni preparatın əsas üstünlüklərindən biri də xərçəng hüceyrələrinin inkişafını dayandırmaqla yanaşı, eyni zamanda, digər orqanlara mənfi təsir göstərməməsidir. Hazırda döş vəzi xərçənginə qarşı sınaqdan keçirilən yeni mübarizə üsulunun xərçəng xəstəliyinin digər formalarına qarşı da tətbiqi nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti