Xəzər Xəbər

Dəvətikanının faydası

Cəmiyyət | 17:21 • 11 Yanvar 2019
Dəvətikanının faydası

Dəvətikanı bir növ səhranın meşə zolağı sayılır. Açıq şəraitdə qum sürüşüb səhraya düşür, dəvətikanı isə dərin kökləri ilə qum axınlarının qarşısını alır. Hətta Abşeron şəraitində böyük həyətyanı sahəsi olanlar dəvətikanını kəsib qurudur, onları bir-birinə calayıb uzun məftiləbənzər bir dolaq yaradır, sonra isə quma batırırlar ki, qum axınlarının qarşısı alınsın.


AZƏRTAC xəbər verir ki, Abşeron yarımadasında dəvətikanından ən çox meyvə qurudulanda istifadə edirlər. Soyuducunun olmadığı vaxtlarda qışa ehtiyat yığmağa ehtiyac yaranırdı. Dəvətikanı yığılır və qurudularaq sıxılırdı. Yay vaxtı onun üstündə əsasən əncir qurudulurdu. İstər ənciri, istərsə də digər meyvələri qurudarkən onun hər tərəfdən yaxşı hava alması təmin edilməlidir. Təbii şəraitdə dəvətikanı həmin funksiyanı çox gözəl yerinə yetirir. Ən keyfiyyətli əncir qurusu sıxılmış dəvətikanının üstündə yetişdirilir.


Tibdə bitkinin yerüstü hissəsindən, bəzən də meyvə köklərindən istifadə edilir. Bitkinin tikanlı üst hissəsi, çiçəkləri və kökü müalicə vasitəsi kimi yararlıdır, lakin onun toxumları ilə əlaqədar heç bir təcrübə aparılmayıb. Çox güman ki, onu qurudarkən toxumlarından da istifadə edilir.


Dəvətikanının tikanlı yarpaqlı hissəsi adətən çay kimi dəmlənilir və spesifik, bir qədər də turş dada malikdir. Ödqovucu, tərqovucu və hərarətsalıcı xassəsi var. İshal, dizenteriya və babasildə tətbiq olunur. Quru yarpaqlarından dəmlənən çay mədə və onikibarmaq bağırsaq xorasında yaraları sağaltmağa kömək edir.


Böyrəkdə və öd kisəsində daş olanda, o cümlədən tərqovucu və sidikqovucu kimi dəvətikanının kökünü suda dəmləyib içmək olar. Bitkinin qurudulmuş kökü çay kimi dəmlənilib içiləndə hərarəti aşağı salır. Ondan hazırlanan dəmləmədən hemerroy, irinli yaralar, ekzema və s. zamanı xaricə vanna, yuyunma, islatma şəklində istifadə edilir. Bu zaman bitki iltihab əleyhinə və büzücü təsir göstərir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti