Xəzər Xəbər

Bu gün hava necə olacaq?

Cəmiyyət | 09:28 • 24 Dekabr 2018
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7°, gündüz 7-9° isti təşkil edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin səhər və gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havaəsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Qazax, Gəncə,Goranboy,Tərtər,Ağdam,Füzuli,Cəbrayılrayonlarında əsasən yağmursuzhavagözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-10° isti təşkil edəcək.

Balakən,Zaqatala,Qax,Şəki,Oğuz,Qəbələ,İsmayıllı,Ağsu,Şamaxı,Siyəzən,Şabran,Xızı,Quba,Xaçmaz,Qusarrayonlarında əsasən yağmursuzhavaolacaq. Bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3° dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir,Yevlax,Göyçay,Ağdaş,Kürdəmir,İmişli,Ağcabədi,Beyləqan,Sabirabad,Biləsuvar,Saatlı, Şirvan,Hacıqabul,Salyan,Neftçalarayonlarında əsasən yağmursuzhavagözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti təşkil edəcək.

Masallı,Yardımlı,Lerik,Lənkəran,Astararayonlarında əsasən yağmursuzhavaolacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 2-7° isti təşkil edəcək.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti