Xəzər Xəbər

Plastik tullantıların toplanması üçün konteynerlər yerləşdirilir

Cəmiyyət | 16:25 • 12 Dekabr 2018
Plastik tullantıların toplanması üçün konteynerlər yerləşdirilir

Plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində plastik qabların toplanması və çeşidlənməsi üçün 37 şəhər və rayonda 136 konteyner yerləşdirilib.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, təşəbbüsə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, sahibkarlar və iri sənaye müəssisələri də qoşulub.


Hazırda ETSN-in plastik tullantıların idarə edilməsi və polietilen məmulatlardan istifadənin azaldılması ilə bağlı həyata keçirdiyi tədbirlər davam etdirilir.


Nazirlik təmiz bir mühitdə yaşamaq naminə həyata keçirilən bu təşəbbüsə dəstək verən hər bir vətəndaşa təşəkkür edir və ictimaiyyəti bu cür aksiyalarda fəal olmağa çağırır. Gəlin ətraf mühitin mühafizəsinə öz töhfəmizi verək.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti