Xəzər Xəbər

Hər il dünyada 15 milyon körpə vaxtından əvvəl doğulur

Cəmiyyət | 08:59 • 18 Noyabr 2018
Hər il dünyada 15 milyon körpə vaxtından əvvəl doğulur

Mərkəzi Klinikada 17 noyabr - Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü münasibətilə Azərbaycan neonatoloqlarının elmi-praktik konfransı keçirilib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda vaxtından əvvəl doğulan körpələrin sağlamlığının daha etibarlı qorunmasına dair müzakirələr aparılıb.


Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş direktoru Həsən Qəndilov bildirib ki, hər il dünyada təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Onlardan bir milyonu elə ilk günlərdə həyatını itirir, bəzilərində isə fiziki və nevroloji qüsurlar qeydə alınır. Statistikaya görə, dünyada uşaq ölümü hallarının təxminən yarısı vaxtından əvvəl doğulanların payına düşür. Bu qəbildən olan körpələrin, ümumiyyətlə, ana və uşaqların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Baş direktor ölkəmizdə səhiyyə sisteminin inkişafı, xüsusən perinatal mərkəzlərin, uşaq klinikalarının tikilməsi, bu sahə üzrə yüksəkixtisaslı həkim kadrlarının hazırlanması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, son illər bu körpələrə yardım göstərilməsi və onların saxlanılması ilə bağlı bir sıra nailiyyətlər əldə olunub.


Digər çıxış edənlər də həmin qəbildən olan körpələrə göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və onların sağlamlıqlarının mühafizəsi sahəsində atılan addımlardan danışıb, tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar.


Qeyd edək ki, Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü 2009-cu ildə təsis olunub. Azərbaycanda bu gün üç ildir qeyd edilir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti