Xəzər Xəbər

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı ilbəil artır

Cəmiyyət | 15:50 • 14 Noyabr 2018
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı ilbəil artır

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min nəfər artır.


Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.


Onun sözlərinə görə, 2017-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 243 200 nəfər şəkərli diabetdən əziyyət çəkir: "Onların 53 min nəfəri insulindən asılı olan 1-ci tip, təxminən 37 min nəfəri isə həm insulin, həm də həblə müalicə olunan xəstələrdir. Qalan 153 min xəstə isə yalnız həbdən asılı olan 2-ci tip şəkərli diabet xəstələridir".


E.Ağayev əlavə edib ki, 2018-ci ilin 8 ayı ərzində şəkərli diabet xəstələrinin sayına 20 min xəstə də əlavə edilb. Hazırda Azərbaycanda 263 mindən çox şəkərli dabet xəstəsi qeydiyyatdadır:


"Bu da o deməkdir ki, xəstələrin sayı il ərzində təxminən 20-25 min nəfər artır. Sözsüz ki, bu, dövlətimizin diqqətində olan ən vacib məsələlərdən biridir".


Nazir müavini onu da qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20-25 il əvvəl dünyada cəmi 30 milyon şəkərli diabet xəstəsi qeydiyyatda olubsa, son rəsmi məlumatlara əsasən, bu xəstələrin sayı 200 milyondan, qeyri-rəsmi məlumatlara görə isə 400 milyondan artıqdır. Təşkilatın proqnozlarına görə, 2045-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayının 620-630 milyona çatacağı gözlənilir:


"Heç bir xəstəlikdə bu cür artım dinamikası yoxdur. Bu xəstəliyə qarşı cəmiyyət dövlət orqanları ilə birlikdə mübarizə aparmalıdır". (Trend)

Xəbər lenti

Çox oxunanlar