Xəzər Xəbər

Hacıqabulda və Biləsuvarda brakonyerlər saxlanılıb

Cəmiyyət | 14:57 • 29 Oktyabr 2018
Hacıqabulda və Biləsuvarda brakonyerlər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının respublika ərazisində keçirdikləri reyd zamanı Hacıqabul rayonu Atbulaq kəndi ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini İmran Məmmədov olduğu müəyyən edilib, ondan adları "Qırmızı Kitab”a düşən ütəlgi, muymulu, qaragöz quşları və ov alətləri götürülüb, təqsirkar şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.


Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən isə Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.


Araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Cavid Nehmətov, Murad Niftullayev və Miryusif Əzizli olduğu müəyyən olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti