Xəzər Xəbər

Azərbaycanda hamı o sürücünü axtarır - FOTO

Cəmiyyət | 16:10 • 26 Sentyabr 2018
Azərbaycanda hamı o sürücünü axtarır -

Dünəndən sosial şəbəkələrdə bir avtobus sürücüsünün təqdirəlayiq adımını əks elətdirən fotoşəkil paylaşılır. Belə ki, gediş haqqının 30 qəpiyə qalxdığı bir zamanda həmin sürücü məktəblilər üçün maraqlı kampaniya başladıb. Sürücü avtobusun salonuna "5 alan şagirdlərə gediş haqqı pulsuzdur” elanı asıb.

Bu addım müsbət qarşılansa da, həmin sürücünün kimliyi, hansı marşrut xəttində fəaliyyət göstərməsi haqqında məlumat yoxdur. Aidiyyəti qurumlar, o cümlədən, Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sözügedən sürücünün kimliyini müəyyən etmək üçün axtarışa başlayıb.

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiriMais Ağayev sosial şəbəkələrdə yayılan fotoda marşrut xəttinin nömrəsinin, avtobusun dövlət qeydiyyat nişanının görünmədiyini xatırladıb. Mais Ağayev sözügedən marşrutun Bakıda və Sumqayıtda deyil, regionlarda fəaliyyət göstərdiyini düşünür.

DANX-ın mətbuat katibi Nuridə Allahyarova da həmin sürücünü axtardıqlarını söyləyib. O qeyd edib ki, Bakı və Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda bu elana rast gəlinməyib:

"Çox güman ki, bu, rayonlararası marşrut xətlərindən birinin avtobusudur. Sürücünün kimliyi bəlli olduqda ictimaiyyətə məlumat veriləcək”. (Modern.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti