Xəzər Xəbər

Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

Cəmiyyət | 09:20 • 26 Sentyabr 2018
Məktəblərdə böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək

Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından onların artıq dərs vaxtında deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır.

Bunu Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib.

Onun sözlərinə görə, yeni layihədə summativlərin keçirilmə müddətləri də dəqiq göstərilib. Yeni layihəyə əsasən, kiçik summativ qiymətləndirmələr dərs vaxtında və bir dərs saatında, yəni 45 dəqiqiə ərzində keçirilməlidir. Böyük summativ qiymətləndirmələrin keçirilməsi üçün isə ən çoxu 90 dəqiqə vaxtın ayrılması nəzərdə tutulur.

V.Bağırov qeyd edib ki, yeni yanaşmalarda kiçik və böyük summativ qiymətləndirmələrin 100 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur:

"Bu qiymətləndirməyə görə, şagirdin summativdə topladığı 0-30 bal "2", 30-60 bal "3", 60-80 bal "4", 80-100 bal "5" olacaq. Bu bal ən sonda bizim öyrəşdiyimiz 5 ballıq qiymət şkalasına da uyğunlaşdırılacaq ki, valideynlər toplanılan balın 5 ballıq qiymət şkalasında hansı qarşılıq verdiyini bilsinlər. Sinif jurnallarında isə bu qiymətlərin hər ikisi qeyd ediləcək". (Trend)

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti