Xəzər Xəbər

Qaraciyəri bərpa edən ən faydalı məhsullar

Cəmiyyət | 11:38 • 21 Sentyabr 2018
Qaraciyəri bərpa edən ən faydalı məhsullar

Qaraciyər özü özünü bərpa edən orqandır. Lakin bəzən qaraciyərdə daim gedən regenerasiya (bərpa) prosesləri müxtəlif ziyanlı təsirlərin öhdəsindən gələ bilmir və orqan "dağılmağa” başlayır.

Hepatositlər (qaraciyərin hüceyrələri) məhv olur və onların yerində fibroz toxuma əmələ gəlir ki, bu toxuma, təbii ki, hepatositlərin funksiyasını yerinə yetirə bilmir. Çox vaxt bu prosesi tam dayandırmaq mümkün olmasa da ləngitmək mümkündür.

Rusiyalı qastroenteroloq-hepatoloq Sergey Vyalovun sözlərinə görə, qaraciyərdə bərpa proseslərini sürətləndirmək üçün insan sadəcə sağlam qidalanmalıdır. Həmçinin bəzi faydalı məhsullar var ki, onlar bu bərpa proseslərinə müsbət təsir edə bilər.

Hepatoloqun qaraciyər üçün faydalı olan, qaraciyərdə bərpa proseslərini stimullaşdıran qidaların siyahısını təqdim edirik:

– aminturşular və zülallarla zəngin olan məhsullar (süd məhsulları, yağı az olan ət növləri, quş əti)

– qəhvə. Son bir neçə ildə aparılan araşdırmalar sübut edib ki, qəhvə qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullardan biridir.

– balıq və balıq yağı. / saglamolun

Xəbər lenti