Xəzər Xəbər

Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Cəmiyyət | 11:27 • 18 Sentyabr 2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) payız fəslinin Azərbaycana gələcəyi vaxtı açıqlayıb.

AMEA-dan XəzərXəbər-ə bildirilib ki, payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtı ilə saat 05:54-də daxil olacaq.

Növbəti payız fəsli 2019-cu il sentyabrın 23-ü saat 11:50-də başlanacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Xəbər lenti