Xəzər Xəbər

15 sentyabr paradı ilə bağlı Bakıda bağlanacaq yollar məlum oldu

Cəmiyyət | 09:30 • 14 Sentyabr 2018
15 sentyabr paradı ilə bağlı Bakıda bağlanacaq yollar məlum oldu

5 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdə avtomobillərin hərəkət istiqamətində məhdudiyyət olacaq və istiqamət dəyişdiriləcək.


Xezerxeber.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.


V.Əsədov bildirib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə parad tam başa çatana qədər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahədən, Bayıl qəsəbəsindən və Bayraq Meydanı kimi tanınan ərazidən, eləcə də Afiyəddin Cəlilov, Yusif Səfərov, 28 May, Səməd Vurğun, Xaqani, Azadlıq, Nizami küçə və prospektlərindən, eyni zamanda Parlament prospekti, Mikayıl Müşfiq və Mehdi Hüseyn küçəsindən Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdiriləcək.


Bölmə rəisinin sözlərinə görə, bu tədbirin möhtəşəmliyini nəzərə alaraq hər bir avtomobil sürücüsü bilməlidir ki, alternativ variantlardan istifadə etmək vacib şərtdir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti