Xəzər Xəbər

23 sentyabr, saat 05:54 Payızın gələcəyi vaxt

Cəmiyyət | 13:04 • 3 Sentyabr 2018
23 sentyabr, saat 05:54
Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də saat 05:54:06-da daxil olacaq.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən məlumata görə, payız fəsli daxil olduğu anda həm də gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər.


Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Beləliklə , şimal yarım kürəsiü üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır.

Qeyd edək ki, Azərbaycanda qış fəsli dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) daxil olacaq.

Xəbər lenti

Çox oxunanlar