Qoç- cari
problemləri tərəfdaşlarla müzakirə edərək işin ağırlığını onlarla bölüşə
bilərsiniz. İndiyədək gündəmə gətirilməyən və söylənməyən suallar
səslənəcək.
Maddi və fiziki resurslarınızı tükətməyin.
Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci dərəcəli
məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla böyük uğurlara
nail ola bilərsiniz.
Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır.
Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun.
Buğa- günün ilk yarısı fəaliyyət sahəsini seçməyə
imkan verir. İşgüzar prosesə kənardan müdaxilələrə imkan verməyin.
İşlərinizə qarışmaq istəyən insan sizə ziyan vuracaq. Fəaliyyət
prosesində kiçik problemlərin yarada biləcəyi ləngimələri əvvəlcədən
proqnozlaşdıra bilsəniz, sürətlə irəliləyəcəksiniz.
Günün ikinci yarısında diqqətli olun. Mühüm işin həllində yardım
təkliflərini adekvat dəyərləndirin. Gərəkli informasiyanı ən qısa
zamanda əldə etmək üçün bütün zəruri vasitələrdən yararlanın.
Çətinliklərin sayı artarsa, ruhdan düşməyin. Maneələri qət etməyin yollarını arayın.
Əkizlər- günün ilk yarısında həyatınızda köklü
dəyişikliklər olmayacaq. Situasiyanın inkişaf perspektivlərini
dəqiqləşdirin və yalnız bundan sonra qərar qəbul edin. Diqqətli olun,
kobud səhvlərə yol verməyin. Sərt çərçivələrdən bir qədər kənara çıxmaq
olar.
Günün ikinci yarısında önəmli maliyyə məsələlərindən birini çözmək olar.
Xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Əhvalınızın pis
olduğu durumda nəyinsə müzakirələrinə başlamayın. Gərəksiz sözlər
deməyinizin riski artıb.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Xərçəng- uğurlu zamandır. Azad fəaliyyət qrafikini
seçibsinizsə, məqsədə doğru inamla irəliləyin. Hədəfləri dəyərləndirin
və təhlil edin. Tənbəllik etməyin, süstlüyə qapılmayın. Əsas işi
qulaqardına vuraraq ikinci dərəcəli məsələlərin həlli ilə məşğul
olmayın.
Günün ikinci yarısında tələskənliyə yol verməyin. Gördüyünüz işdən həzz
almağı bacarın. Kənar təsirləri zərərsizləşdirmək üçün planlarınızı
sürətlə reallaşdırın. Sirlərinizi yaxşı tanımadığınız insanlarla
bölüşməyin.
Fiziki təmrinlərdə xeyir var.
Axşam saatlarını yarımçıq işlərin başa çatdırılmasına həsr edin.
Şir- daxili gərginlik sizi bir işi yarımçıq qoyaraq
başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq
istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın.
Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun.
İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin
situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə
yeganə doğru çözüm variantı tapıla bilər.
Axşam saatlarında açıq havada gəzintinin xeyri var.
Səhhətinizə diqqət verin.
Ənənəvi, faydalı vərdişlərinizi unutmayın.
Qız- ənənəvi fəaliyyət müstəvisindən bir qədər
kənara çıxmaq, yeni təəssüratlar əldə etmək olar. Mürəkkəb prosesdə
çaşqın qalmayın. İradəli, qətiyyətli olun. Uğurun sirri təmkinlə yanaşı,
zəhmətkeş olmaqdadır. Sizi son vaxtlarda narahat edən problemlərin
həlli çətin deyil.
Günün ikinci yarısında imkanlarınızı yenidən qiymətləndirin. Təftiş
zəruridir. Ağır fiziki işlə məşğul olmayın. İntellektual yükü azaltmaq
olar. Bunun yolları da bəllidir.
Səhhətiniz əhvalınıza, əhvalınız da sağlıq durumunuza təsir edəcək.
Axşam saatlarını açıq havada keçirin.
Tərəzi- ünsiyyətdə aktiv olun. Təkliyə can atmayın,
tənhalığa qapılmayın. Sakit və aramla çalışmaq hamıdan kənar qalmaq
deyil. Səs-küylü ortamda başınız ağrıyacaq.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri saydığınız bütün
vasitələrdən istifadə edin. Maksimum dərəcədə sürətlə çalışın.
Səhhətinizin qeydinə qalın. Rəqibləri üstələmək üçün yeni yollar arayın.
Həyat məğlubları sevmir.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb- maraqlı işlər zamanıdır. Qarşınıza çıxan
müşküllərin çözülməsində qeyri-ordinar vasitələr və ya metodlardan
yararlana bilərsiniz. İntuisiyanız güclü, hissləriniz kəskin olmalıdır.
Hadisələrin yaxın perspektivdəki inkişaf istiqamətini müəyyənləşdirmək
üçün aldığınız informasiyalardan istifadə edin.
Günün ikinci yarısında maraq dairəsində dəyişikliklər istisna deyil.
Tərəfdaşlardan birinin iddiasını dinləyin. Nəticələr çıxarmağa
tələsməyin. Avantüralara həvəs, risk istəyi sizi fəsadlı addımlara sövq
etməməlidir.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oxatan- tələsik qərarlar verməyin, ilkin
təəssüratlara aldanmayın. Maliyyə və əmlak məsələlərində diqqətli
davranın. Mühüm saydığınız məsələnin həllinə başlamazdan əvvəl bütün
detallardan hali olun. Taktikanızın praqmatik olmasına can atın.
Günün ikinci yarısında potensial tərəfdaşların sayını artıra
bilərsiniz.Qıcıqlı, aqressiv olmayın. Sərtliyi çıxış yolu seçməyin.
Həmkarlarınız və rəhbərliklə təmaslarda "qızıl orta"nı gözləyin. Neqativ
hissləriniz önəmli işlərin gedişatına mənfi təsir edə bilər.
Oğlaq- günün ilk yarısı önəmli hadisələr vəd etmir.
İşgüzar fəaliyyətinizdə yön dəyişdirməyə çalışmayın. Şəxsi həyatınızda
bəzi hadisələr sizi təbdən çıxarmasın. Bəzi dolaşıq məişət və ya maliyyə
məsələlərini həll etmək şansları yaranıb.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə
münasibətlərdə sərinləşmə yarana bilər. Qısamüddətli müzakirələr,
intensiv məsləhətləşmələr faydalıdır. Cari problemləri tərəfdaşlarla
nəzərdən keçirin. Həmkarlarınızın rəylərini nəzərə alın.
Dolça- ənənəvi işlərlə məşğul olanda diqqətli və
ehtiyatlı davranın. Məişət işlərini qulaqardına vurmayın. Texnika ilə
işləyəndə bəzi nüansları mütləq nəzərə almalısınız. Səliqəli olun,
təfərrüatları görməməzliyə vurmayın.
Günün ikinci yarısında hansısa asılılığın əsirinə çevrilməyin. Zərərli
vərdişlərdən qurtulmağa çalışın. Problemlərin həllində qeyri-standart
yolları seçin. Səhhətinizə fikir verin. Əhvalınızı pisləşdirə biləcək
nüanslardan və insanlardan uzaq durun. Axşam saatlarını şən keçirin.
Balıqlar- günün ilk yarısından etibarən cari
işlərin yerinə yetirilməsi ilə məşğul olun. Verdiyiniz vədləri yerinə
yetirin. Mühüm danışıqlar, müzakirələr, görüşlərdə məntiqi davranın.
Qarşı tərəfi anlamaq üçün müəyyən səylərin göstərilməsinə zərurət
duyulur.
Günün ikinci yarısında diplomat olun. Görüşə gecikməyin. Tərəfdaş və ya
şəriklərlə birgə öhdəliklərinizi yerinə yetirəndə astagəllik etməyin.
Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Yanlış qərar və ya
səhvlərinizə reaksiya adekvatdır. Kimsədən inciməyin.
milli.az