Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.