"Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə bildirilib ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar avqustun 16-da saat 10:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.