Xəzər Xəbər

Dənizə gedənlərin DİQQƏTİNƏ XƏBƏRDARLIQ

Cəmiyyət | 18:10 • 29 İyun 2018
Dənizə gedənlərin DİQQƏTİNƏ

İsti havalarda dincəlmək üçün insanların ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Dəniz suyunun müalicəvi xüsusiyyəti qədimdən məlumdur. Ancaq suyu natəmiz olan çimərliklərdən insanlara, xüsusilə uşaqlara müxtəlif infeksiyalar keçə bilər.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, dənizdən qorxulu xəstəliklərin keçmə riski yoxdur:

"Bəzən nəzarətsiz çimərliklərdə müxtəlif infeksiyalar ola bilər. Dəniz xəstəlikləri sırasında əsasən qulaq infeksiyaları, sidik yolu infeksiyaları, göbələk xəstəlikləri, sinusitlər, mədə-bağırsaq infeksiyaları, parazitar xəstəlikləri, Entamöba, Lyambliya (Giardia), göz xəstəlikləri yer alır”.

Çimərlik üçün nəzərdə tutulan yerlərin sanitar göstəricilərinə nəzarət edilməlidir. Adətən çimərliyin sərhədləri, suyun dibindən suya daxil olan müxtəlif inqridiyentlərə qədər yoxlanmalıdır.

Həkim valideynlərə xüsusi xəbərdarlıq edib:

"Bakıda bir neçə müddət əvvəl zəlzələ baş verdiyi üçün Xəzər dənizində yarğanlar meydana gəlib. Valideynlər uşaqlarını dənizə apararkən diqqətli olsunlar. Uşağın ayağı oraya düşsə, boğulma baş verə bilər”.

Həkim əlavə edib ki, hamilə qadınlar da çimərliyə gedə bilər. İlk 3 aydan sonra isə getmək məsləhət deyil.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024

Xəbər lenti