Xəzər Xəbər

Yay tətilinə çıxmaq istəyənlərə xəbərdarlıq edilir

Cəmiyyət | 13:50 • 26 İyun 2018
Yay tətilinə çıxmaq istəyənlərə xəbərdarlıq edilir

İnfeksiyaların səbəb olduğu xəstəliklərin əlamətləri tətildən sonra özünü göstərməyə başlayır

Tətildə yoluxduğunuz xəstəliklər geri döndükdən sonra üzə çıxa bilər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mühitin dəyişməsi, gigiyena və diqqətin az olması müxtəlif xəstəliklərə yol aça bilər.

Mütəxəssislərin fikrincə, tətil xəstəlikləri bakteriyalar, viruslar, parazitlər, göbələklər və s. mikroorqanizmlərin müxtəlif yollarla insan oraqnizminə daxil olması ilə ortaya çıxır. Xəstəliyə səbəb olan mikroorqanizmlər su, qidalar, heyvanların dişləməsi, nəfəs almaq, cinsi əlaqə və qan yolu ilə yoluxur.

Bundan əlavə, infeksiyaların səbəb olduğu xəstəliklərin əlamətləri tətildən sonra özünü göstərməyə başlayır. Ortaq istifadə edilən əşyalar, quma sərilən dəsmal, kütləvi hovuzlar infeksiya riskini artırır. Hovuzlar tif, hepatit A və s. bu kimi xəstəliklərin yayılmasına səbəb olur.

Bu səbəbdən də mütəxəssislər məsləhət görürlər ki, tətil zamanı daha çox dənizə üstünlük vermək lazımdır. Əgər dəniz yoxdursa, hovuza girdiyiniz zaman çalışmalısınız ki, hovuzun suyunu udmayasınız.

Qulaq infeksiyalarından qorunmaq üçün qulaqları quru tutmaq, üzərkən qulaq tıxayıcılardan istifadə etmək lazımdır. Hovuz suyu gözlərdə də bir çox xəstəliklər yarada bilər. Buna görə də çalışın ki, suyun altında gözlərinizi açmayasınız.

Hovuz suyu və ortaq istifadə edilən əşyalar qadınlarda vaginal göbələk xəstəliyinə səbəb ola bilər.


Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024

Xəbər lenti