Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərXəbər-ə bildirilib ki, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə
əvəzlənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zuğulba) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə
əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Cənub
çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) zəif şimal-qərb küləyi
gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu
24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava
yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti,
dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.