Xəzər Xəbər

Məşhur professordan QARPIZLA BAĞLI ŞOK SÖZLƏR - İNANMAYACAQSINIZ

Cəmiyyət | 15:51 • 13 İyun 2018
Məşhur professordan

Daxili Xəstəliklər üzrə mütəxəssis, kardioloq və professor Canan Karatay Ramazan bayramı ilə bağlı xəbərdarlıqlar edib.

"Milliyet” xəbər verir ki, kardioloq bayram günlərində şirniyyatlardan uzaq durmağı tövsiyə edib. C.Karatayın sözlərinə görə, bütün qənnadı məhsullarının tərkibi qlükoza və fruktoza ilə zəngin olduğu üçün menyudan çıxartmaq və ya çox az yemək lazımdır:

"Qarğıdalı siropu (qlükoza və fruktoza qarışığı) ağ şəkərdən 10 qat daha zərərlidir. Hüceyrələri pozur və qaraciyərə zərər verir. Qarğıdalı siropu şəkərdən daha çox təhlükəli maddədir”.

Karatay bayramda konfet və hazır şirniyyat məhsullarını fındıq, fıstıq kimi çərəzlərlə əvəz etməyi məsləhət görüb. Şəkərin ən böyük zəhər olduğunu bildirən Karatay uşaqlara quru əncir, quru ərik və kişmiş kimi faydalı meyvə quruları verməyi tövsiyə edib.

Bayramdan bayrama yalnız bir dilim şirniyyat yediyini dilə gətirən Karatay şirəli şirniyyatlardan uzaq dayanmaq barədə də xəbərdarlıqlar edib.

Məşhur professor kənd təsərrüfatı dərmanları ilə yetişdirilmiş meyvələrin ziyanlarını da diqqətə çatdırıb. Karatay ən sağlam meyvənin qurdlu alma və zeytun olduğunu dilə gətirib.

Canan Karatay açıqlamasında qarpızın zərərlərindən danışıb: "Mən qarpız pəhrizi filan tanımıram. Qarpız, qovun triqliserid dediyimiz təhlükəli yağları, habelə qanda urik turşusunu yüksəldir. Qovun və qarpız maye şəkərdir. Şəkər və ya podaqra xəstəliyiniz varsa, vəziyyəti daha da şiddətlənir və qaraciyərinizdə, qarnınızda, buxağınızda, bir sözlə bədəninizdə yağlanma artır”./publika.az

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti