Xəzər Xəbər

Gəncə “ASAN xidmət”də daha bir yenilik

Cəmiyyət | 17:17 • 4 İyun 2018
Gəncə “ASAN xidmət”də daha bir yenilik
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə "ASAN xidmət” mərkəzində onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb.


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən XəzərXəbər-ə bildirilib ki, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlana bilərlər.


Pilot layihə çərçivəsində ilkin olaraq Gəncə "ASAN xidmət” mərkəzində yaradılmış e-hüquq kabinetinin digər "ASAN xidmət” mərkəzlərində də təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, "ASAN xidmət” mərkəzlərində hüquqi yardım xidmətlərinin, həmçinin digər funksional xidmətlərin təşkil edilməsi "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 706 nömrəli Fərmanı ilə təsdiq olunub və "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»-nın 4.6-cı bəndində birbaşa nəzərdə tutulub.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti