Xəzər Xəbər

Antibakterial məhsullar bizi ölümlə üz-üzə qoyurmuş SENSASİYALI ARAŞDIRMA

Cəmiyyət | 13:55 • 31 May 2018
Antibakterial məhsullar bizi ölümlə üz-üzə qoyurmuş

Antibiotiklərə qarşı müqavimətin doğura biləcəyi problemlər uzun illərdir ki, müzakirə edilir və istehlakçılar bu mövzuda bilgiləndirilir. Ancaq bu sahədə yeni çalışmalar hər gün istifadə etdiyimiz təmizlik vasitələrinin də antibiotiklərə qarşı müqavimət yarada biləcəyini göstərir.

Birminhem Universiteti və Norveç Axtarış Parkının araşdırmaçıları antibiotikə qarşı müqavimət yaradan bakteriyalar (kinolon bakteriyaları) əleyhinə savaşan bakteriyaların tez-tez istifadə etdiyimiz antibakterial təmizlik məhsullarının tərkibinə qatılan "triklosan” adlı maddədə olduğunu kəşf edib.

Araşdırmalara görə, kinolon müqaviməti mutasiyası bakteriyanın DNT hüceyrələrinə təsir göstərərək özünümüdafiə mexanizmlərini aktiv hala gətirir və bu müdafiə triklosana qarşı da gerçəkləşir.

Kinolon antbiotikləri önəmli və güclü təsirləri olan dərmanlardandır. Və yeni hazırlanan bu kəşf triklosan istifadəsinin də bu antibiotikə müqavimət göstərməsilə bağlı qayğıları özü ilə birgə gətirib.

Bunu sınaqdan keçirmək üçün aparılan araşdırmalar isə qayğıların haqlı ola biləcəyini göstərib. "E coli” adlı bakteriyalarla aparılan sınaqlarda triklosanın təsiri antibiotiklərin bakteriyalarla savaşmasını çətinləşdirib.

Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox təmizlik vasitələrində triklosan antibiotiki olduğu üçün hazırda belə vasitələrin istifadəsini dayandırmaq doğru olmaz. Sadəcə triklosanın miqdarının azalmasına şərait yaratmaq lazımdır.

Özəlliklə, uşaqları mümkün olduqca antibakterial sabun və təmizlik vasitələrindən uzaq tutmaqla zərərlərin qarşısını almaq vacibdir./publika.az

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024