Xəzər Xəbər

Bir həftə ərzində çörək yeməsəniz bədəninizdə nə baş verər?

Cəmiyyət | 13:50 • 31 May 2018
Bir həftə ərzində çörək yeməsəniz

Çörək bəşəriyyətin ən dəyərli icadlarından biri sayılır. O da həqiqətdir ki, karbohidratlar bu gün həyatımızın ən zərərli məhsullarındandır. Pəhriz saxlayan insanların ondan imtina etməsi çox çətindir.

Bu yazıda oxucuları bir həftə ərzində çörəyi həyatından tamamilə çıxaran Cina Florio adlı qadının orqanizmində baş verən dəyişikliklərlə tanış edirik:

Cina Florio adlı qadın çörəyi həyatından tamamilə çıxarmağa qərar verir və bir həftəlik sınaq prosesi ilə çörək pəhrizinə başlayır.

Gənc qadın pəhrizin ilk vaxtlarında xüsusilə səhər yeməyi ilə günorta saatları arasında kəskin aclıq hiss edib. O, çörəyin üstünə yaxdığı avokado əzməsini isə menyudan tamamilə çıxartmaq məcburiyyətində qalır.

Pəhrizin sonrakı günlərində idman edərkən və idmandan sonra da özünü çox yorğun hiss etdiyini dilə gətirən Cina, karbohidrat çatışmazlığı ucbatından bədəninin zəiflədiyini qeyd edib. Bu səbəbdən bazar günü qaçışlarını da təxirə salıb.

Cina bildirib ki, çörəyi menyudan çıxartsa da, əvəzində tez-tez şirniyyat yeyib. Beləliklə də daha çox kalori qəbul etməyə başlayıb.

Bir həftə sonra qadın qətiyyən arıqlamadığını, əksinə kökəldiyini görüb. Cinaya görə, arıqlaya bilməməsinin iki səbəbi var. Birincisi, pəhrizi yalnız bir həftə ərzində davam etdirə bilib, ikincisi isə, karbohidratı menyudan tamamilə çıxarda bilməyib. Çörəyi həyatından çıxarsa da, o, kartof və şirniyyat kimi karbonatlı məhsulları yeməyə davam edib.

Cina çörək pəhrizi təcrübəsilə bağlı bunları deyib:

"Təcrübənin sonunda anladım ki, çörəyi həyatımdan çıxarmağa dəyməz. Sözsüz ki, hər gün çörək yeməyi təbliğ etmirəm. Mənə müsbət təsir edən qida sizə zərər verə bilər. Amma yaxın zamanda çörəkdən imtina etməyi düşünmürəm. Dadı gözəldir, mənə enerji verir və bədənim hələ ondan ayrı yaşamağa hələ hazır deyil"./publika.az

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024