Xəzər Xəbər

Sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb

Cəmiyyət | 11:48 • 18 Mart 2018
Sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb
2018-ci ilin fevral ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,4 faiz bahalaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 1,1 faiz ucuzlaşıb.


Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.

Xəbər lenti