Xəzər Xəbər

Naxçıvan əhalisinin sayı və maaşı artıb

Cəmiyyət | 09:59 • 22 Fevral 2018
Naxçıvan əhalisinin sayı və maaşı artıb

1 yanvar 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3688 nəfər artaraq 452 min 831 nəfər olub.

XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2017-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 420,1 manat təşkil edib və bu göstərici 2016-cı illə müqayisədə 1,7 faiz artıb.

Xəbər lenti