Xəzər Xəbər

Bu avtobus yenilənmiş sxem üzrə hərəkət etməyə başladı

Cəmiyyət | 15:45 • 3 Fevral 2018
Bu avtobus yenilənmiş sxem üzrə hərəkət etməyə başladı

Bu gündən 125 saylı marşrut xətti üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət etməyə başlayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

125 saylı marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik nəticəsində, "Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə "28 May” metrostansiyası – "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək. Dəyişiklik edilməsi haqqında qərar "Bibiheybət yolu” ("Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərdən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından "Bibiheybət yolu” ("Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan "Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası) qədər piyada gediş məsafəsi 840 m təşkil edir.

Rubrikanın digər xəbərləri

Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti