Xəzər Xəbər

Dilçilik İnstitutu yeni orfoqrafiya qaydaları ilə bağlı tənqidlərə münasibət bildirib

Cəmiyyət | 17:33 • 17 Yanvar 2018
Dilçilik İnstitutu yeni orfoqrafiya qaydaları ilə bağlı tənqidlərə münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları"nın layihəsi ilə bağlı tənqidi fikirlərə münasibət bildirib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, yeni orfoqrafiya qaydalarının layihəsinin mübahisəyə səbəb olması gözləniləndir: "Yeni orfoqrafiya qaydalarının layihəsi mütəxəssislər tərəfindən qəbul edilib. Mətbuatda gedən müzakirələr Dilçilik İnstitutunun diqqətindədir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırki orfoqrafiya qaydaları təkmilləşəcək. Yeni orfoqrafiya qaydalarında çox söz dəyişməyəcək. Mətbuatda gedən məlumatlarda qeyri-dəqiqlik, qeyri-elmilik var. Qaydalarda yalnız söz əvvəlində və söz sonunda qoşa "ss” və -iyyat, -iyyət, -iyyə şəkilçilərnin tərkibindəki "yy” samitlərindən birinin düşməsi təklif olunub".

Qeyd olunub ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin 2013-cü il nəşrində qondarma sözlər var: "Yeni lüğət daha təkmil formada çap olunacaq. Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hələ təsdiq olunmayıb, layihə şəklində müzakirə edilir. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra orfoqrafiya lüğətinin VII nəşri işıq üzü görəcək".

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən "Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın layihəsi hazırlanıb. Layihə akademiyanın Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və ictimaiyyətə təqdim edilib.

Qaydaların layihəsi təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək.

Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024