Xəzər Xəbər

Ötən il Azərbaycanda 57 mindən çox toy olub

Cəmiyyət | 17:53 • 17 Yanvar 2018
Ötən il Azərbaycanda 57 mindən çox toy olub

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeydə alınmış boşanma hallarının sayı isə 13345 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. 

Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 12191 təşkil edib.

Xəbər lenti

Çox oxunanlar